İspaniyanın Mülki Qvardiyasının əməkdaşları Mərakeş kralı 6-cı Məhəmmədi cinayətkar sanıblar.
Milli.Az El Mundo-ya istinadən bildirir ki, olay İspaniyanın yarımanklavı Saputda baş verib. Kral və ailəsi burada istirahət edirlər.
2 motorlu qayıq və 3 hidrosikli görən ispan qvardiyaçılar onları dayandıraraq özlərini təqdim etmələrini istəyiblər. Mərakeşin kralı sinirlənib, "Kim olduğumu bilmirsiniz?!" qışqırıb.
Qeyzlənmiş kral İspaniya kralı 6-cı Felipeyə zəng vuraraq şikayətlənib.
Bir qədər sonra ispan qvardiyaçılar kraldan üzr istəyiblər.
Mərakeş kralı deyib: "İşinizi yaxşı görürsünüz. Amma mənə gərəkli sayğını göstərmədiniz".
Saput bölgəsində son vaxtlar hidrosikllərdən qaçaqmalçılar çox istifadə etdiyindən qvardiyaçılar da başında beysbolka, gözlərində gün eynəyi olan kralı cinayətkar sayıblar.
Milli.Az