Azərbaycanlı reper konsertinə hazırlaşır - VİDEO

26 Avqust 2014 14:06
Son vaxtlar aktivliyi ilə seçilən reper Orxan Zeynallı bu dəfə də dinləyicilərini xoş
xəbərlərlə sevindirdi. Bir vaxtlar məşhur HOST qrupunun solisti olan AiD ləqəbli Orxan Zeynallı hal-hazırda "Dəyişir həyat" adlı canlı konsertə hazırlaşır.

Konsertin təşkilatçılarından biri olan Aqil Məmiyevin Milli.Az-a verdiyi məlumata görə, 2 həftədir satışa çıxarılmış biletlər artıq bitmək üzrədir. Qeyd edək ki, konsert canlı alətlərin müşayiəti ilə baş tutacaq. Bu gecə isə gənc ifaçı eyni adlı yeni mahnısını kliplə birgə sevənlərinə təqdim etdi.

Qısa zamanda kifayət qədər baxış sayı toplayan mahnı, görünür ki, payızın ilk aylarının hitinə çevriləcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.