Könül Kərimova ona olan sevgisini bu cür bildirdi

26 Avqust 2014 12:47
Müğənni Könül Kərimova gənc həmkarı Günay İbrahimlinin ünvanına təriflər yağdırıb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi onun uğurlarına sevindiyini dilə gətirib:

"Mənim gözəl, şirin Günayım. Həm gözəlliyi, həm də geyimləri ilə hamıdan fərqlənir. Həm də... Eşidin, bilin, agah olun - həqiqi sənəti ilə. Bəziləri kimi qondarma sənəti ilə yox. Mən çox sevinirəm, çünki sənəti olan bir ifaçımız iri addımlarla irəliləyir.

Demək ki, bu günə sevinmək və şükür etmək lazımdır. Bəziləri onun bu uğuruna sevinməyəcəklər. Çünki yaxşılar ayaq açanda, o birilərin qanadı göydə sınır. O zaman haqq, nahaq öz yerini tapacaq. Bizim Günayımız birincilərin birincisi olacaq. Gülüm, ürəyim mənim. Dayanmadan irəliyə doğru get, uğurların bol olsun".

Milli.Az