Volkandan Meloya: "Bələdiyyələr gərəksiz küçə itlərini zəhərləsin"

26 Avqust 2014 11:26

Dünən Türkiyə Superkubokunun finalında "Fənərbağça" penaltilər seriyasında "Qalatasaray"a qalib gəldi. Penaltilər seriyası zamanı "Fənərbağça"nın futbolçusu Volkan Demirel və "Qalatasaray"ın "pitbull" ləqəbli oyunçusu Felipe Melo arasında mübahisə baş verdi.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, oyundan sonra açıqlama verən Volkan Meloya söz atdı: "Türkiyədə bələdiyyələr küçə itlərini zəhərləsin. Yoxsa bu iş mənə qalar. Mən də qorxuram, cəza alım".

Milli.Az