"Arsenal"da ciddi itki

26 Avqust 2014 13:34

"Arsenal" Çempionlar Liqasının pley-off mrəhələsində "Beşiktaş"la cavab matçına ciddi itki ilə çıxacaq.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanın hücumçusu Oliver Juri bu görüşü buraxacaq. "Everton"la oyunda zədə alan fransız futbolçunun zədəsinin ciddi olduğu bildirilib. Onun təxminən üç ay yaşıl meydanlardan uzaq qala biləcəyi qeyd olunub.
 

Xatırladaq ki, "Beşiktaş" və "Arsenal" komandaları arasında ilk matç 0:0 hesabı ilə başa çatıb.

Milli.Az