Abşeronda balacaları yeni bağça gözləyir - FOTO

26 Avqust 2014 11:04

Abşeron rayonundakı Masazır qəsəbəsində yeni uşaq bağçasının tikintisi başa çatmaq üzrədir.
 

Milli.Az Day.Az-a istinadən bildirir ki, bağçanın binası 0,3 hektar ərazidə inşa olunur.
 

Layihəyə görə, uşaq bağçasının ikimərtəbəli binası 13 otaqdan ibarət olacaq. Bağça 6 qrupa, yəni 100 yerə hesablanıb.
 

Masazır qəsəbəsində cəmi bir dövlət uşaq bağçası var ki, o da çoxdan köhnəlib. Hazırda Masazırda özəl uşaq bağçası da tikilib. Fəqət bu uşaq bağçasında aylıq ödəniş 200 manat olduğundan hər ailə övladını oraya yollaya bilmir.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.