Bakının Pirallahı rayonununda Yüksək Texnologiyalar Parkının tikintisinə hazırlıq işləri başlanıb.
Milli.Az Day.Az-a istinadən bildirir ki, parkın inşası üçün ayrılmış 50 hektarlıq ərazidə təmizləmə və kommunikasiya xətlərinin köçürülməsi işləri aparılır. Ən yaxın zamanda Yüksək Texnologiyalar Parkının (YTP) tikintisinə başlanacaq.
YTP-də yüksək texnologiyalr şirkətləri, elmi-tədqiqat mərkəzləri və s. obyektlər fəaliyyət göstərəcək, habelə informasiya-kommunikasiya texnologiyaları, kosmos, enerji effektivliyi sahələrində tədqiqatlar aparılacaq, istehsal olacaq.
Mərkəzi prospektdə yerləşmiş yaşayış binalarının fasadlarının yenilənməsi ilə bağlı işlər də başlanıb.
Fioletov küçəsində hasarlar və kiçik tikililər sökülür, antisanitar vəziyyətdə olan sahələr təmizlənir. Bu işlər başa çatandan sonra bütün binalar təsdiqlənmiş layihəyə uyğun olaraq əsaslı təmir ediləcək.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.




