Torres "Çelsi"ni tərk etməyə hazırdır

26 Avqust 2014 13:05

"Çelsi"nin futbolçusu Fernando Torres London klubunu tərk etməyə hazır olduğunu bildirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, o bunun üçün klubun müqavilədə yazılan bütün məbləği ödəməsini istəyir.

Britaniya mətbuatının yazdığına görə, məbləğ 16 milyon funt təşkil edir. Çünki hücumçunun klubla müqaviləsi 2016-cı ilin yayına qədər qüvvədədir.

Bundan əvvəl mətbuatda Torreslə "Roma" və "Atletiko"nun maraqlı olduğu barədə məlumat yayılmışdı. Amma "Çelsi"nin baş məşqçisi Joze Mourinyo 30 yaşlı futbolçu ilə vidalaşmaq niyyətində olmadığını vurğulayıb: "Biz Torresi satmaq fikrində deyilik. Mənə komandada 3 hücumçu lazımdır. Mən onlarsız bu mövsüm uğur qazana bilmərəm".

Milli.Az