"Qara oğlan" "Everton"a keçir

26 Avqust 2014 10:55

"Çelsi"nin keçmiş hücumçusu Samuel Eto'O yaxın günlərdə "Everton"un futbolçusu ola bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Everton"un baş məşqçisi Roberto Martines hücum xəttində rəqabəti gücləndirmək istəyir.
  

Qeyd edək ki, klub bir müddət öncə Romelu Lukakunu alıb. Hücum xəttində rəqabət yarada biləcək digər futbolçu isə "Mançester Yunayted"in hücumçusu Dani Uelbek ola bilər.
  

Bundan əvvəl Eto'Onun "Liverpul"a keçəcəyi iddia edilirdi. Amma klub Mario Balotelli ilə anlaşandan sonra Eto'O ilə razılaşma imzalamaqdan vaz keçib. Kamerunlu hücumçu "Everton"la 2 illik müqavilə bağlamaq istəyir və buna görə məvacibinin azaldılmasına da razıdır.

Milli.Az