"İnter" "transfer pəncərəsi"nin bitməsinə günlər qalmış son keçidini həll etməyə yaxındır.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "bankirlər" hücumdakı boşluğu tam adı Nildo Frans Junior olan braziliyalı futbolçu ilə doldurmaq istəyir.
"Xəzər Lənkəran"la hələ 1 illik müqaviləsi olsa da, klubun istədiyi məbləği öz hesabına ödəyən Nildo bu gün tibbi baxışdan keçəcək. Müayinənin nəticəsi müsbət olacağı təqdirdə, 30 yaşlı futbolçu ilə bu gün 1 illik müqavilə bağlanılacaq.
Qeyd edək ki, "İnter"in buna qədər hücum xəttində çıxış edən futbolçuları gürcüstanlı Baçana Sxadadze və kosta-rikalı Dieqo Madriqaldır. Madriqalın əslində yarımmüdafiəçi olduğunu nəzərə alsaq, "bankirlər" irəli xətdə yalnız baş məşqçinin oğlunun ümidinə qalmışdılar.
Milli.Az