İngiltərənin "Şeffild Uensdey" klubunun prezidenti Milan Mandariç Hafiz Məmmədovun bu klubu alacağına dair məlumatı təsdiq etməsinə təəssüfləndiyini açıqlayıb.
Milli.Az azerisport.az-a istinadən xəbər verir ki, o, düyünə düşən bu satışla bağlı son açıqlamasında bunları söyləyib:
"Bu barədə məlumatı öncədən yaymağımıza təəssüflənirəm. Fransa mətbuatı bizim planlarımızdan xəbər tutdu və onlar barədə məlumat verdi. Ona görə mən də bütün kartları açıqlamaq məcburiyyətində qaldım. İndi bu satışın baş tutub-tutmayacağını deyə bilmərəm. Bildiyim tək məqam var: Məmmədovun pis adam olduğunu və ya onun klubumuzu almaq istəmədiyini düşünmək belə istəmirəm".
Milli.Az