İran xarici işlər naziri İraqda

26 Avqust 2014 10:40

Zərif İraqda şiə müsəlmanların dini lideri Sistani ilə görüşüb

İraqda səfərdə olan İranın xarici işlər naziri Cavad Zərif iraqlı şiələrin dini lideri Ayətullah əl-üzma Seyid Əli Sistani ilə bir araya gəlib.

Anspress-in məlumatına görə, Nəcəf şəhərində reallaşan görüşdə "bölgə ölkələrinə olan təhdidlər" danışılıb. Son günlər İraqda baş verən hadisələri də müzakirə edən tərəflərin görüşünün detalları barədə ətraflı məlumat verilməyib.

Zərifin Nəcəfdən sonra müqəddəs Kərbəla şəhərini ziyarət etməsi gözlənilir.

Milli.Az