Üzeyir Hacıbəyovun heykəli rəngini niyə dəyişdi? - VİDEO

26 Avqust 2014 13:57
Bəstəkar Üzeyir Hacıbəyovun heykəlini qara rəngə boyayıblar.

ANS TV-nin məlumatına görə, 1960-cı ildə musiqi konservatoriyası kimi fəaliyyət göstərən, indiki Bakı Musiqi Məktəbinin qarşısında Üzeyir Hacıbəyovun şərəfinə ucaldılan heykəli yaxşı xatırlayarsınız. Əvvələr boz rəngdə olan heykəl bu günlərdə rəngini dəyişib.

Heykəlin nə məqsədlə boyanmasını musiqi məktəbinin gözətçisindən öyrənməyə çalışdıq. Binanın gözətçisi işləyən şəxs dedi ki, 18 sentyabr Milli Musiqi Günü ilə əlaqədar olaraq abidənin ətrafı və özü yenilənib. Bu da musiqi məktəbinin rəhbərliyinin təşəbbüsüdür. Bundan sonra abidənin aşağı hissələrində də yeniliklər gözlənilir.

Ekspert Aytəkin İmranova isə bunu birbaşa müəlliflik hüququnun pozulması kimi qiymətləndirdi və bildirdi ki, istənilən halda istənilən abidə rənglənə bilməz. Bu halda bunu reallaşdıranlar qanun qarşısında məsuliyyət daşımalı olurlar.

Bundan başqa, ekspert onu da əlavə etdi ki, Abşeron tarixi memarlıq abidələrinin rəngi boz və qumral olaraq qəbul edilib. Bu da Abşeron yarımadasının təbiətinə uyğunlaşdırılıb. Hazırda abidənin parlaq qara rəngə boyanması isə incəsənət aləmində qəbul olunmayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.