İŞİD bu dəfə onlara hücum etdi

26 Avqust 2014 13:50

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması Sony korporasiyasının istehsalı olan PlayStation oyun konsolunun serverlərinə hücum edib.

Milli.Az European-a istinadən bildirir ki, nəticədə serverlər 18 saat iflic durumunda olub.
 

Sony-dən verilən açıqlamaya görə, islamçı hakerlər @LizardSquad adlı Twitter profilindən istifadə ediblər.

İŞİD-in hakerləri yazıblar: "Bu gün Sony-nin məkanında İŞİD bayrağı ucaltdıq".
 

Bununla da kifayətlənməyən İŞİD hakerləri Sony Online Entertainment-in prezidenti Con Smedlinin bilet aldığı, "American Airlines" aviaşirkətinə aid təyyarəyə bomba qoyulduğunu bildiriblər.
 

Aviaşirkət reysi təxirə salaraq təyyarədə axtarış aparıb.
 

Milli.Az