Ulvira: "Eybi üzündə yazılıb"

26 Avqust 2014 09:30
Məşhur teleaparıcıdan maraqlı açıqlama
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, ANS telekanalında yayımlanan "Evdəyik" verilişinin aparıcısı Ülvira Qarayeva bu dəfə şou-biznes əxlaqından danışıb.

"Ümumiyyətlə, istər şou-biznes olsun, istər qeyri-şou-biznes, əxlaq həmişə əxlaq kimi qalır. Amma bu sahədə hər şey o qədər qabarıq və gözə girir ki, kiminsə eybi varsa, elə bil üzündə yazılıb. Məni təəccübləndirən odur ki, şou-biznesdə baş verən yaxşı hadisəni heç kim nədənsə görə bilmir.

Lakin pis bir şey olan kimi hamı aləmi dağıdır. Samiranı şou-biznesdə əxlaqı olan insanlardan biri kimi bilirəm. O, nümunədir. Məncə, şou-biznesdə çox insanın keşmişində səhvləri olub və unudulub".

Milli.Az