Fidel Kastronu belə görməmişdiniz - FOTO

26 Avqust 2014 12:59

Kastro hər zaman ABŞ-a meydan oxuması ilə məşhur olub

Kubanın əfsanəvi lideri, bu ölkədə inqilabın rəmzi olan Fidel Kastronun sosial şəbəkədə qeyri-adi fotosu yayılıb.

Anspress-in xəbərinə görə, inqilabçı lider bu fotoda minlərlə tamaşaçının olduğu stadionda beysbol oynayır.

Əlində tutduğu beysbol dəyənəyi ilə vuruş edən Kastronun əynində ənənəvi olaraq hərbi geyim var.

Məlumata görə, şəkil 1959-cu ildə, Kastro 33 yaşında ikən paytaxt Havana şəhərində çəkilib.

Fidel Kastro 1926-cı ilin 13 avqust günü Kubanın Mayari şəhərində anadan olub. 1959-cu ildə Kubanın baş naziri olan Fidel Kastro 1961-ci ildə bu ölkədə sosializmi elan edib. Keçmiş SSRİ-nin ən böyük müttəfiqlərindən olan Kastro hər zaman ABŞ-a meydan oxuması ilə məşhur olub.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.