La Liqa: "Atletiko" yeni mövsümə heç-heçə, "Real" qələbə ilə başladı - VİDEO
26 Avqust 2014 09:17
Futbol üzrə İspaniya La Liqasında 2014/2015 mövsümündə ilk tura yekun vurulub.
Qol.az-ın məlumatına görə, son oyun günündə daha iki qarşılaşma keçirilib.
"Real" (Madrid) klubu öz meydanında "Kordoba" ilə qarşılaşıb. Oyun 2:0 hesabı ilə "kral klubu"nun xeyrinə başa çatıb.
Son İspaniya çempionu "Atletiko" (Madrid) klubu ilk turda səfərdə "Rayo Valyekano"nun qonağı olub. Bu oyunda tərəflərin ciddi cəhdlərinə baxmayaraq qapılara qol vurulmayıb - 0:0.
25 avqust
İspaniya La Liqası, I tur
"Real" (Madrid) - "Kordoba" - 2:0
Qollar: Benzema, 30 (1:0), Ronaldu, 90 (2:0)
26 avqust
"Rayo Valyekano" - "Atletiko" (Madrid) - 0:0
23 avqust
"Eybar" - "Real Sosyedad" - 1:0
Qol: Lara, 45 (1:0)
"Barselona" - "Elçe" - 3:0
Qollar: Messi, 42 (1:0), Haddadi, 46 (2:0), Messi, 63 (3:0)
"Selta Viqo" - "Xetafe" - 3:1
Qollar: Nolito, 20 (1:0), Orellana, 56 (2:0), Sammir, 62 (2:1), Larriyev, 70 (3:1)
"Levante" - "Vilyareal" - 0:2
Qollar: Uçe, 56, (0:1) Şerişev, 85 (0:2)
24 avqust
"Malaqa" - "Atletik" (Bilbao) - 1:0
Qol: Alberto, 35 (1:0)
Qırmızı vərəqələr: Duda, 88 ("Malaqa"), Antunes, 90+2 ("Malaqa")
"Qranada" - "Deportivo" - 2:1
Qollar: Kavaleyro, 20 (0:1), Roçina, 55 (1:1), Babin, 77 (2:1)
"Sevilya" - "Valensiya" - 1:1
Qollar: Vidal, 44 (1:0), Orban, 88 (1:1)
Qırmızı vərəqə: de Paul, 67 ("Valensiya")
"Almeriya" - "Espanyol" - 1:1
Qollar: Soriano, 52 (1:0), Qarsiya, 90+13 (1:1)
Qırmızı vərəqə: Arbilla, 33 ("Espanyol")
Milli.Az