Bu ölkədə ABŞ və İsrailə sanksiya tələb edirlər

26 Avqust 2014 11:20

Hindistanda Qəzza hücumlarına qarşı nümayişlər keçirilib

Hindistanın Nyu-Deli şəhərinin qərbində Ukela bölgəsində keçirilən nümayişlərdə İsrail terrorist rejimi adlandırılır.

Anspress-in məlumatına görə, son həftələr ərzində Hindistanın bir çox ştatlarında Qəzza vətəndaşlarına həmrəylik göstərən nümayişlər keçirilir.

Nümayişlərdə ABŞ və İsrailə aid malların alınmaması tələb edilir. Bu proses ölkədə artıq geniş vüsət almağa başlayıb.

Nümayişlərdə qeyd edilir ki, İsrail və ABŞ-dən alınan malların pulları kütləvi qırğın silahlarının və müsəlmanların öldürülməsinə xərclənir ki, Qəzza da bunlardan biridir.

Milli.Az