Məşhur aktyorun yaxtası batdı
26 Avqust 2014 08:59
Türkiyənin tanınmış aktyoru, "Kurtlar Vadisi Pusu" serialında Ünsal, "Karagül" serialında Kendal obrazı ilə tamaşaçıların yadında qalan Mesut Akusta xoşagəlməz hadisə ilə üzləşib.
Anspress-in xəbərinə görə, Akustanın 40 000 lirəyə aldığı kiçik yaxta aktyor istifadə etməyə fürsət tapmadan batıb.
Mesut Akusta yaxtanın fırtına səbəbindən batdığını deyib:
"Kirvəmlə yaxta alaq dedik. Adını da Kendal qoyduq. Suya endirdiyimiz günün gecəsi dənizdə fırtına baş verdi və yaxta batdı. Bundan sonra isə həvəsimiz öldü".
Milli.Az