Türkiyə Superkubokunun sahibi bəlli oldu - YENİLƏNİB - VİDEO - FOTOSESSİYA
26 Avqust 2014 09:28
08:50
Dünən Türkiyə Superkubokunun oyunu keçirilib.
Qol.az-ın məlumatına görə, həlledici görüşdə son Türkiyə çempionu "Fənərbağça" və ölkə kubokunun sahibi "Qalatasaray" komandaları üz-üzə gəliblər.
Manisada keçirilən oyun Bakı vaxtı ilə saat 22:30-da başlayıb. Matçın əsas vaxtında qapılara qol vurulmayıb - 0:0. Əlavə vaxtda da hesab açılmayınca penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan "Fənərbağça"lı futbolçular superkuboka sahib çıxıblar - 3:2.
Qeyd edək ki, ötən mövsüm də superkubokda bu komandalar üz-üzə gəlmiş və "Qalatasaray" Didye Droqbanın vurduğu yeganə qolla fəxri mükafata sahib çıxmışdı.
25 avqust
Türkiyə Superkuboku
22:30. "Fənərbağça" - "Qalatasaray" - 0:0 (Penaltilər seriyası - 3:2)
Mustafa Kamil Abitoğlu
Manisa. 19 may stadionu
PENALTİLƏR SERİYASI:
"Qalatasaray": + - - - +
"Fənərbaxça": + - - + +
Penaltini dəqiq vuranlar: Olcan Adın ("Qalatasaray"), Dirk Kuyt ("Fənərbağça"), Raul Meyreleş ("Fənərbağça"), Burak Yılmaz ("Qalatasaray"), Kadleç ("Fənərbağça")
Penaltini dəqiq vura bilməyənlər: Səlçuk İnan ("Qalatasaray"), Caner Erkin ("Fənərbağça"), Felipe Melo ("Qalatasaray"), Mehmet Topuz ("Fənərbağça"), Yekta Kurtuluş ("Qalatasaray")
Milli.Az
---------
09:28
Böyütmək üçün şəkillərə klikləyin.







































































----------
08:50
Videonu izləmək üçün şəklə klikləyin.