"Papaların gül balaları"na siz də baxın - FOTO

26 Avqust 2014 10:43

"Hörmətli Aleks Şteynberq! Nəzərinizə çatdırırq ki, atanızın sizin adınıza açdığı və qeydiyyata aldırdığı hesabda aylıq xərclərə qoyulmuş 500 min dollarlıq limit ləğv olunub. Bundan belə hesabdan istədiyiniz kimi istifadə edə bilərsiniz".
 

"American Express" kart sistemindən 15 yaşlı Aleks Şteynberqə ünvanlanmış rəsmi məktubda belə deyilir.
 

Aleks İnstagram-da "Milyarder övladları" adlandırılan "taban"a məxsus yeniyetmələrdən biridir.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, belə yeniyetmələr və gənclər lüks, dəbdəbəli həyat tərzinin anlarını əks etdirən fotoları həvəslə paylaşırlar.

Onlardan biri İndoneziyanın Bali kurortundakı ən bahalı bərbər salonunda qızıl güzgünün qarşısında oturub və kəsilən saçını 300 min dollarlıq çantaya yığıb zibilliyə atır. Digəri platin və qızıl saatlarını tərəzidə çəkir, bir başqası butulkası 25 min avroluq şampanı itinə içizdirir, qeyrisi küçüyü üçün "paltar"ların bəzənməsinə 600 karat brilyant alıb.
 

"Papanın gül balaları"nın fotolarını təqdim edirik.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.