ABŞ-ın Los-Anceles şəhərində keçirilmiş "MTV Video Music Awards" mükafatlarının təqdimat mərasimindən sonra Qərbi Hollivudda sui-qəsd cəhdi olmuşdu.
Bir neçə şəxs "1Oak club"a soxularaq məşhur reper, amerikalı müğənni Riannanın sabiq sevgilisi Kris Braunu atəşə tutmuşdular.
Reperə açılan atəş zamanı Kris Braunla yanaşı, daha 3 nəfər yaralanmışdı. Məşhur prodüser Syuc Nayt 6 güllə yarası ilə xəstəxanaya aparılıb.
O yaralılardan birinin 19 yaşlı populyar supermodel Meqan Houkins olduğu aşkarlanıb.
Milli.Az TMZ-yə istinadən bildirir ki, supermodel indi "Cedars-Sinai Medical Center"də müalicə olunur.
Kaliforniyalı Meqanın dediyinə görə, özünü pis hiss etmir: "Təhlükə artıq arxada qalıb".
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.