Pamela Anderson "buzlu su" aksiyasına qoşulmadı

26 Avqust 2014 12:38

Yan amiotrofik skleroz (ALS) xəstələrinə yardım məqsədilə keçirilən "Ice Bucket Challenge" fləşmobuna qoşulan məşhurların sayının artdığı bir zamanda amerikalı aktrisa Pamela Anderson xəstəliklə mübarizə aparan alimləri heyvanlara qarşı qəddarlıqda suçlayıb.
 

Milli.Az bildirir ki, aktrisa Facebook-dakı səhifəsində yazıb: "Bağışlayın, amma sizin "Ice Bucket Challenge"ə qatılmayacağam. Kütləyə problemləri şən, ağıllı formada təqdim etmək xoşdur. Amma bunun əvəzinə ALS-a görə heyvanlar üzərində sınaqları dayandırmağı təklif edirəm.

ALS-ın dərmanının tapılmasına yönəlmiş sınaqların əksəriyyəti nəticəsiz qalıb. Pərəstişkarlarıma müraciət edərək bildirirəm ki, yalnız heyvanlara ziyan vurmayan xeyriyyə aksiyalarını dəstəkləsinlər".
 

Milli.Az