Azərbaycanda gəlin sevdiyi oğlanla qaçdı

26 Avqust 2014 21:38

Avqust ayının 23-də gecə saatlarında 1996-cı il təvəllüdlü, Orucova Sevinc şəxsiyyət vəsiqəsini və paltarlarını götürüb evdən qaçıb. Ailə üzvləri bu məsələdən sonradan xəbər tutub. Bununla bağlı Polis idarəsinə anası müraciət edib. Bu istiqamətdə araşdırma aparılır. 

Milli.Az publika.az-a istinadən bildirir ki, bunu Oğuz rayon polis şöbəsinin təhqiqatçısı Elnur Alıcanov deyib.

E.Alıcanovun sözlərinə görə, onun toydan qaçması və əvəzində bacısının verilməsi ilə bağlı məlumatlar var, lakin bu dəqiq deyil.

"Ailəsinin polisə verdiyi məlumata görə, evdə hər hansı münaqişə olmayıb, sevdiyi oğlanla qaçıb. İlkin məlumata görə, oğlan həmin kənddən deyil. Bu istiqamətdə əməliyyat axtarış işləri aparılır".
 

Milli.Az