Riannanın sevgilisi ölümdən qurtuldu - YENİLƏNİB - FOTO

25 Avqust 2014 13:51

13:51

Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Riannanın sabiq sevgilisi, tanınmış reper Kris Brauna sui-qəsd olub.
 

İnsident ABŞ-ın Los-Anceles şəhərində yaşanıb.
 

Milli.Az ABC-yə istinadən bildirir ki, "MTV Video Music Awards"a həsr olunmuş partidə 25 yaşlı Kris Braun ölümdən qurtulub. Fəqət açılan atəşlər nəticəsində 3 nəfər yaralanıb. Kris Braunun yanında olduqları üçün güllə yaraları almış şəxslər arasında məşhur prodüser Syuc Nayt da var.


Polis Qərbi Hollivudda yerləşən "1OAK club" gecə klubunda yaşanan insidenti araşdırır.
 

Kris Braunu öldürmək istəyən şəxslər tutulublar.
 

Kris Braunu müğənni Rianna "sabiq sevgilim" adlandırsa da, 26 yaşlı pop-şahzadə ilə Braun arasında münasibətlərin kəsilmədiyi, onların əslində sevgili qaldıqları vurğulanır.



------------
11:39

Los-Ancelesdə "MTV" musiqi mükafatının təqdimetmə mərasimindən qabaq Los-Anceles klublarından birində keçirilən "MTV" şənliyi isə atışma ilə yadda qalıb.

Anspress-in məlumatına görə, naməlum şəxs tərəfindən məşhur reper Kris Brauna sui-qəsd cəhdi nəticəsində reperə heç nə olmasa da, 3 nəfər güllə yarası alıb.

Yaralılar arasında rep musiqi sahəsində ən məşhur prodüserlərdən biri Şuq Nayt da var.

Polis Kris Brauna sui-qəsd cəhdinin arxasında kimin dayandığını araşdırır.

Milli.Az

-----------
13:51

Böyütmək üçün şəkillərə klikləyin.