Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) Rusiya ərazisindən ölkəyə keçmiş 10 nəfərlik diversant qrupunu ələ keçirdiyini bildirib.
Milli.Az UNİAN-a istinadən bildirir ki, UTX-nin açıqlamasında deyilir: "Ukrayna Silahlı Qüvvələri və UTX-nin birgə operativ qrupu Donetsk vilayətinin Amvrosiyevsk rayonundakı Zerkalnı yaşayış məntəqəsinin yaxınlığında Rusiya Hava-Desant Qoşunlarının 71211-ci hərbi hissəsinin 98-ci Svir diviziyasının 331-ci alayının 10 hərbçisini saxlayıb. Onların üzərində sənədlər və silahlar vardı".
Tutulanlar bildiriblər ki, onların taburu Rostov vilayətinə köçürülüb, avqustun 24-də isə onlarla DDM-dən (desant döyüş maşını) ibarət karvan Ukrayna ərazisinə keçib.
Milli.Az