Belə vəhşilik olmaz: futbolçunu meydanda öldürdülər - VİDEO

24 Avqust 2014 11:54
Əlcəzairdə kamerunlu forvard Albrt Ebosse oyun zamanı ölüb.

Milli.Az Sports-a istinadən bildirir ki, Əlcəzairin "Kabiliya" klubunun hücumçusu ölkə çempionatının oyununda tribunadan başına atılan daşla öldürülüb.

Sky News-un məlumatına görə, "Kabiliya"nın azarkeşləri klubun öz meydanında uduzmasına hirslənib sahəyə daş və digər əşyalar atmağa başlayıblar.

Ölüm anınadək hesab 2:1 qonaqların xeyrinə idi. Meydan sahiblərinin yeganə qolunu da elə Ebosse vurmuşdu.

24 yaşlı forvard başına daş dəyən kimi huşunu itirib. Onu xəstəxanaya çatdırsalar da, xilas edə bilməyiblər.

Əlcəzairin Daxili İşlər Nazirliyi və yerli hakimiyyət hadisə ilə bağlı cinayət işi açıblar.

Karyerası ərzində Ebosse "Koton Sport", "Unisport Bafanq", "Dualu" və "Perak"da oynayıb. "Kabiliya"yə isə 2013-cü ildə keçib.

Milli.Az