Azərbaycanlı teleaparıcının restoranda başına iş gəldi: "Onun qarğışı məni tutacaq"
24 Avqust 2014 10:25
ATV telekanalında yayımlanan "Nə varsa" verilişinin qonağı "ATV Magazin" verilişinin aparıcısı Nərgiz Məmmədova olub.
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, teleaparıcı allergiyasının olduğu heyvanlardan danışıb.
"Heyvanlardan bəzən əyləncə kimi istifadə edirik. Onlar bizim toxunuşumuzu çox sevir. Bəzən heyvanların üzərinə cumduqda və ya bərk sıxdığımızda, onlara xeyirdən çox ziyan vermiş oluruq. Bu da normaldır. Çünki biz heyvanları çox sevirik. Amma elə insanlar da var ki, heyvanlara qarşı kobud rəftar edirlər. Mənim pişiklərə qarşı dəhşətli allergiyam var. Harada otursam, orada pişik varsa, mütləq mənə toxunmalıdır. Bir-iki gün öncə restoranların birində bu hadisəni yenidən yaşadım. Oranın işçisi guya indi mənə yaxşılıq edir deyə pişiyi əlinə götürüb elə tulladı ki, səsimi çıxartmağıma peşman oldum. Xahiş etdim ki, ona daha toxunma. Qarğışı məni tutacaq".
Milli.Az