Luqanskda Litvanın fəxri konsulu qətlə yetirilib

23 Avqust 2014 10:07

Litva prezidenti Dalya Qribauskayte fəxri konsulun faciəli ölümüylə əlaqədar başsağlığı verib

Ukraynanın Luqansk şəhərində Litvanın fəxri konsulu Nikolay Zelenets oğurlanaraq qətlə yetirilib.

Anspress-in məlumatına görə, bu barədə Twitter səhifəsində Litvanın xarici işlər naziri Linas Linkyaviçus yazıb.

Ukrayna mətbuatı həlak olmuş Nikolay Zelenetsin biznesmen olduğunu Luqansk şəhərində yaşadığını və Ukrayna vətəndaşı olduğunu bildirib.

Zelenets yanğın söndürən avadanlığın satışı biznesi ilə ixtisaslaşıb.

Litva prezidenti Dalya Qribauskayte fəxri konsulun faciəli ölümüylə əlaqədar başsağlığı verib.

"Mən litvalı dostumuz, Litvanın və Ukraynanın yaxın münasibətlərinin səmimi tərəfdarı olan Nikolay Zelenetsin faciəli şəkildə həlak olması xəbərinə sarsıldım. Öz adımdan və Litvanın bütün sakinləri adından ailəyə və həlak olmuşun yaxınlarlarına başsağlığını ifadə edirəm", - deyə prezidentin bəyanatında deyilir.

Milli.Az