Mətbəx sirləri: "Əjdahalar" üçün marinə edilmiş istiot - FOTO
28 Avqust 2014 07:00
Milli.Az povar.ru-ya istinadən marinə edilmiş istiotun hazırlanma qaydasını təqdim edir
Tərkibi:
10 ədəd xalapenyo istiotu (çili istiotunun növü, yaşıl)
10 ədəd fresno istiotu (çili istiotunun növü, qırmızı)
5 diş sarımsaq
100 q baş soğan
2 ədəd dəfnə yarpağı
1 ç.q. meksika oreqanosu
2 st. sirkə
2 x.q. duz
2 x.q. şəkər tozu
Birinci növbədə əlcək taxın, yoxsa bir həftə əlləriniz yanacaq.

İstiotları nazik fal-fal doğrayın. Saplaqlarını tullayın.
Soğan və sarımsağı təmizləyin.

2 st. 5%-li sirkəni qızdırın, 2 x.q. şəkər tozu, bir o qədər də duz, oreqano, dəfnə yarpağı əlavə edin. Qarışdıra-qarışdıra duz və şəkər tozunun əriməsini gözləyin. Əridikdə ocaqdan götürüb soyudun.

Soğan və sarımsağı xırdalayın, istiotlara əlavə edin.

Bankalara yığın. Marinadı üzərinə töküb qarışdırın. Qapaqlarını bağlayın.

Nuş olsun!
Milli.Az