Mətbəx sirləri: Marinə edilmiş çuğundur - FOTO
26 Avqust 2014 07:00
Milli.Az povar.ru-ya istinadən marinə edilmiş çuğundurun hazırlanma qaydasını təqdim edir
Marinə edilmiş çuğundur müxtəlif salatlar, həmçinin borş üçün əla inqredientdir.
Tərkibi:
1 kq çuğundur
200 ml sirkə
1 ç.q. duz
25 q şəkər tozu
5 ədəd dənəvər qara istiot
1 ədəd dəfnə yarpağı
30 q qıtığotu kökü
3 ədəd mixək
2 ədəd çili istiotu
1 budaq darçın
Çuğunduru yuyun. Qazana yığıb üzərinə su tökün, tam hazır olanadək bişirin.

Hazır olub-olmadığını bıçaqla yoxlayın: bıçağa taxıb qaldırın, əgər asanlıqla sürüşüb düşürsə, demək, hazırdır.
Çuğundurun suyunu süzün. Çuğunduru otaq temperaturunadək soyudun.

Marinad: 1 litr suya sirkə və reseptdəki digər ərzaqları (çuğundurdan başqa) əlavə edin. Ocağın üstünə qoyun, qaynara düşəndə götürün. Otaq temperaturunadək soyudun.

Çuğunduru ürəyiniz istəyən qaydada (ya kubik - salat üçün, ya da saman kimi - borş üçün) doğrayın.

Təmiz bankalara yığın. Qapağını bağlayın. Soyuq, quru yerdə saxlayın.

Artıq bir sutka sonra yemək olar.

Nuş olsun!
Milli.Az