Milli.Az 4charx.com-a istinadən bildirir ki, Irmscher şirkətinin mətbuat üçün rəsmi açıqlamasında deyilir ki, modernizə edilmiş Opel Astra GTC Turbo i 1400 hər cəhətdən idman modelidir. Avtomobil qabaq spoyler, yenidən işlənmiş radiator barmaqlığı və 20 düymlük iri yüngül lehimli təkər diskləri əldə edib.
Bundan əlavə, Opel Astra GTC Turbo i 1400 yan ətəkləri genişləndirilib və yayları 30 mm endirilib. Yük bölməsi qapısı üzərində spoyler peyda olub. Avtomobildə digər nəzərəçarpan yeniliklərdən dördborulu yeni xaricetmə sistemini və diffuzoru qeyd etmək olar.
İnteryerin şəkilləri dərc edilməsə də Irmscher bildirib ki, Opel Astra GTC Turbo i 1400 unikal idman modelinin salonunda yüksək keyfiyyətli dəridən istifadə edilib və o alüminium qapı dəstəkləri, yüngül lehimdən hazırlanmış pedallar və Irmscher firma ayaqaltıları əldə edib.
Avtomobilin mühərrikinin gücü Irsmher emalatxanasında 140-dan 170 at gücünədək artırılıb. Təəssüf ki, şirkət avtomobilin qiymətini hələlik açıqlamayıb.
Milli.Az