Yevlaxda baş verən yol qəzasında 2 nəfər ölüb, 3-ü yaralanıb
18:05
Bu gün saat 13:30-da Bakı-Qazax magistral yolunun Yevlax rayonunun ərazisindən keçən 290-cı kilometrliyində 2 nəfərin ölümü, 3-nün yaralanması ilə nəticələnən yol qəzası baş verib. Milli.Az El TV-yə istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Azad Mahmudov "Mitsubishi" markalı minik avtomobilini idarəetməni itirərək yolun kənarına aşırıb.
Nəticədə avtomobildə olan sərnişinlər - Ucar rayon sakini, 1956-cı il təvəllüdlü Mahmud Həmid oğlu Atayev və Göyçay rayon sakini, 1957-ci il təvəllüdlü Zərifə Məhəmməd qızı Əlirzayeva hadisə yerində dünyasını dəyişib. Sürücü Azad Mahmudov, eləcə də Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Zərnişan Məhəmməd qızı Əlirzayeva və Hacıqabul rayon sakini, 2007-ci il təvəllüdlü Aysu Sabir qızı Bağırova yaralanıb. Onlar Yevlax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.