Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində saxlanılan 46 məhkum cəzaçəkmə müəssisəsinin rəhbərliyi vasitəsilə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə müraciət edib. Onlar öz müraciətlərində dövlətimizin yürütdüyü siyasəti, sosial-iqtisadi inkişafı, ordu quruculuğunun təkmilləşdirilməsi istiqamətində aparılan və bəhrəsini verən islahatları dəstəklədiklərini, Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilən yay sessiyasında ölkə başçısının qətiyyətli çıxışını rəğbətlə qarşıladıqlarını vurğulayıblar. Məhkumlar, o cümlədən aralarında döyüş potensialına malik xeyli gəncin olduğunu və torpaqlarımızın azadlığı uğrunda hər an döyüşə yollanmağa hazır olduqlarını bildiriblər.Bir qrup məhkum Prezidentə müraciət edib