Norton Antivirus "öldü"

20 Avqust 2014 23:53
1991-ci ildən bəri ilk dəfə dünyanın ən populyar antivirus paketlərindən biri olan Norton Antivirus proqram təminatının növbəti versiyası satışa çıxarılmayacaq. Proqramın istehsalçısı Symantec şirkəti bir neçə məhsulunu bir ad altında birləşdirməyə hazırlaşır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, sentyabrın 23-də özündə Norton Antivirus, Norton Internet Security, Norton 360, Norton 360 Multi-Device və Norton 360 Premier Edition funksionallığını birləşdirən Norton Security proqram paketi istifadəyə veriləcək.

Şirkət nümayəndələrinin sözlərinə görə, hazırda təxminən 50 milyon fərdi istifadəçi şirkətin ödənişli məhsullarından istifadə edir.

Milli.Az