HTC şirkəti Butterfly 2-ni göstərdi

20 Avqust 2014 22:13
HTC şirkəti Asiya bazarları üçün Butterfly 2 smartfonunu təqdim edib. Bundan əvvəl aparat J Butterfly adı ilə Yaponiyanın KDDI operatorunun şəbəkəsində əlçatan olub. Aparatın satışı sentyabrın 2-ə planlaşdırılıb.

Cihaz 1920×1080 piksel təsvir ölçülü 5 düymlük ekran, 2.5 QHs takt tezlikli dördnüvəli Qualcomm Snapdragon 801 çipi, 2 QB əməli və 16/32 QB daxili yaddaşla təchiz olunub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Butterfly 2 aparatı 13 meqapiksellik əsas ikiqat kamera, həmçinin şelfi şəkillər üçün ön 5 meqapiksellik fotomodulla təchiz olunub. Smartfon toza davamlı və sukeçirməz plastik korpus, həmçinin BoomSound stereodinamikləri ilə təchiz edilib. Akkumulyatorun tutumu 2700 milliamper/saat təşkil edir, Android 4.4 KitKat əməliyyat sistemi quraşdırılıb.

Smartfonun ölçüləri 145,4×70,2×9,99 mm, çəkisi isə 151 qramdır.

Milli.Az