Azərbaycan kəndlərinin birində uzun ömür sürmüş Əziz baba (Hüseynağa Sadıqov) yaşayırdı. Bütün kənd onun qohumu olmasına baxmayaraq, heç kim qocanın yaşını dəqiq bilmirdi. O, kolxoz qoyunlarını otarır, hərdən ötüb keçənləri xatırlayır, ilk məhəbbətini yada salırdı. Günlərin birində aydın olur ki, Əziz babanın 160 yaşı varmış. Təntənəli yubileyə hər yerdən adamlar axışıb gəlir. Babanı köhnə evdən təzəsinə köçürürlər.AzVision.az-ın "KADRARXASI" rubrikasınnın növbəti filmi "Babamızın babasının babası"dır