İran-İraq sərhədində zəlzələ

20 Avqust 2014 09:52

Zəlzələ yerin 10 kilometr dərinliyində olub

İran-İraq sərhədində zəlzələ meydana gəlib.

Anspress-in məlumatına görə, İran-İraq sərhədində episentri İraqda olduğu bildirilən 5.2 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Seysmolji Tədqiqat İnstitutunun müşahidə mərkəzi bildirib.

Bakı vaxtı ilə 02:32-də qeydə alınan yeraltı təkan yerin 10 kilometr dərinliyində olub. Zəlzələnin baş verməsi yaxınlıqdakı şəhərlərdə də hiss edilib.

Zəlzələ zamanı dağıntı və zərərçəkənlərin olduğu barədə məlumat yayılmayıb.

Qeyd edək ki, bir gün əvvəl İranın İlam əyalətində Rixter cədvəli üzrə 6.1 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələ nəticəsində şəhərdə evlərlər dağılıb, su, elektrik və digər kommunikasiya sistemləri sıradan çıxıb.

Milli.Az