Bakının mərkəzində qəza: maşın tanınmaz hala düşdü - FOTO

18 Avqust 2014 20:59

Hadisə Səməd Vurğun və Rəşid Behbudov küçələrinin kəsişməsində baş verib

Bakının Nəsimi rayonu ərazisində yol-nəqliyyat qəzası baş verib.

Anspress-in verdiyi məlumata görə, hadisə Səməd Vurğun və Rəşid Behbudov küçələrinin kəsişməsində baş verib.

Şahidlər bildirirlər ki, qəza zamanı xəsarət alanlar olub.

Qəza yerinə BDYPİ-nin və təcili tibbi yardımın işçiləri gəliblər.

Qəzanın hansı səbəbdən və kimin günahından baş verməsi səbəbləri araşdırılır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.