5 nəfər ölümcül virusdan qurtuldu

18 Avqust 2014 17:23

Nigeriyada "Ebola" virusuna yoluxmuş 5 nəfər, demək olar ki, sağalıb

Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Nigeriya Səhiyyə Nazirliyi xəbər yayıb.

Hazırda "Ebola" virisuna yoluxduğu güman edilən 200 nigeriyalı həkimlərin nəzarətindədir. Onlardan çoxu Laqosdadır.

Qeyd edək ki, bu ölkədə artıq 4 nəfər bu virusdan dünyasını dəyişib.

Milli.Az