Azərbaycanda cəmi 37 abituriyentin qəbul olduğu universitet hansıdır?

18 Avqust 2014 17:14

"Bakı İslam Universitetinə bu il 37 nəfər qəbul olub. Onlardan 28 nəfəri qeydiyyatdan keçib. 9 nəfəri hələ keçməyib"

Milli.Az bildirir ki, bunu modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, ali məktəblərə qəbul olanların qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçmələri üçün avqustun 22-ə qədər vaxt verilib. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri müvafiq təhsil müəssisəsinə göndərilməyəcək.

Bununla bərabər, qeyd edilməlidir ki, Bakı İslam Universiteti Azərbaycanda ən az qəbul yeri olan ali təhsil müəssisəsidir.

Milli.Az