Ukrayna Luqansk stansiyasını azad etdi - FOTO

18 Avqust 2014 17:11

Ukrayna Ordusu separatçıların nəzarətində olan Luqansk stansiyasına daxil olub

Aznews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, hökumət qüvvələrinə məxsus zirehli texnika - tanklar Luqansk stansiyasına girib.

Separatçıların müqavimətinə baxmayaraq, artıq hərbçilər Ukrayna dövlət bayrağını yaşayış məntəqəsinin icra nümayəndəliyinin binasına asıblar.

Hazırda rusiyameyilli separatçılar yaşayış məntəqəsinin yaxınlığındakı "Zmeinoy" dağında möhkəmlənməyə çalışırlar.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.