Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, komitənin və Avropa Azərbaycanlıları Konqresinin birgə əməkdaşlığı çərçivəsində gerçəkləşən layihənin məqsədi Azərbaycanın milli mədəniyyətini, qədim ənənələrini, zəngin irsini və mətbəxini avropalılara tanıtmaqdır. Bu məqsədlə Almaniyanın tanınmış fotoqraflarından biri, bu sahədə 40-dan artıq kitabın müəllifi Barbara Lutterbek artıq 10 gündən çoxdur ki, Azərbaycanda fotoçəkilişlər edir, lazımi materialları toplayır.Almaniyada ilk dəfə olaraq alman və ingilis dillərində Azərbaycanın milli mədəniyyətinə və mətbəxinə həsr olunmuş kitab işıq üzü görəcək