Rafet El Romanın bal ayı partisindən gizli görüntülər - FOTOSESSİYA

18 Avqust 2014 16:52

İfaçı media üçün qapalı keçən gecədən olan şəkillərin yayılmasını istəməsə də, bu alınmayıb

Türkiyəli məşhur müğənni Rafet El Romanın özündən 20 yaş kiçik xanım ilə olan toyundan fotolar yayılıb.

Anspress-in məlumatına görə, ötən ay Almaniyada evlənən, amma toy etməyən Rafet və Ceren Kaplakarsan cütlüyü hal-hazırda istirahət etdikləri Bodrumda bal ayı partisi təşkil ediblər. Qayıqda təşkil olunan gecədə cütlüyün, sadəcə, ailə üzvləri və 15 ən yaxın dostları olub. Rafet media üçün qapalı keçən partidən olan şəkillərin yayılmasını istəməsə də, bu alınmayıb. Gecce.com görüntüləri əldə edərək yayımlayıb.

Partidən olan fotoları sizə təqdim edirik.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.