Bakıda parkda yanğın olub

18 Avqust 2014 14:57
Bakıda parkda yanğın olub.
 
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsində yerləşən parklardan birində qeydə alınıb.
 
Yanğın nəticəsində parka atılmış məişət tullantıları və kol-kos yanıb. Əraziyə cəlb edilən yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb.

Milli.Az