Müğənni: "Mənim musiqiyə gəlişim avaraçılıq etməmək üçün atılan addım idi"

18 Avqust 2014 13:59
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, bu gün "Hər şey daxil" verilişinin qonaqlarından biri gənc müğənni Yaşar Yusub olub. Mövzusu ailədə övlad tərbiyəsinə həsr edilən verilişdə Yaşar maraqlı fikirləri ilə diqqət çəkib. O, bu sənəti necə seçdiyi haqda mövzuya münasibət bildirərkən danışıb:

"Mən öz övladımdan yox, özümdən danışmaq istəyirəm. Məncə, uşağa tərbiyə başqa cür verilməlidir. Mən görmüşəm ki, heç nə artıq olmaz, hər şey çərçivədə olmalıdır. Mənim musiqiyə gəlişim sözün yaxşı mənasında "pis yola düşməmək", avaraçılıq etməmək üçün atılan addım idi.

Həyətdə uşaqlara qoşulurduq, gedirdik harayasa uzaq yerə, evdə də bizə görə narahat olmağa başlamışdılar. Atam günlərin bir günü dedi ki, "gəl səni də, qardaşını da musiqiyə qoyum. Həm məşğuliyyət olsun, həm əlinizdə peşə olsun". Pis vərdişdən uzaq olmaq üçün seçdiyimiz musiqi sahəsi bu gün artıq işimizdir. İşimizi görüb, pulumuzu qazanırıq".

Milli.Az