Əməkdar artist: "Qızlarım kənardan çox ciddi görünürlər"

18 Avqust 2014 13:33
Əməkdar artist Almaz Ələsgərli "Nə varsa" verilişinin qonağı olub
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni proqramda özündən və qızlarından danışıb:

"Qızlarım kənardan çox ciddi görünürlər. Amma deyib-güləndirlər. Evdə elə zarafatlar edirlər ki, gülməkdən dayanmaq olmur. Mən özüm də zarafatcıl, şən insanam. Kim məni görür, gülməyə başlayır. Qaraqabaq olmaq nəyə lazımdır ki? Elə insanı görmək istəmirsən. Gülüş, zarafat adamı cavan saxlayır".

Milli.Az