Gənc azərbaycanlı aktyor "Xatirərlər"də qalacaq - FOTO

18 Avqust 2014 13:17
Gənc aktyor Qərib Nəsibov klipə çəkilir. Hər zaman filmlərdə, seriallarda yer alan aktyor bu dəfə müğənni Könül Şıxəliyevanın "Xatirələr" mahnısına çəkilən klipdə rol alacaq. Klipdə sevgili rolunda çıxış edən Qərib Milli.Az-a danışıb:

"İndiyə kimi müxtəlif filmlərdə rol almışam. Mənə klipdə oynamaq təklifi gəldikdə hesab etdim ki, bu mənim üçün həm maraqlı, həm də yenilik olacaq. Ona görə təklifi qəbul etdim. Ümid edirəm ki, klipdəki obrazım da tamaşaçıların xoşuna gələcək. Çəkilişlərə gəlincə isə hazırda çəkilişlər davam edir. Belə ki, klip elə paytaxtımızda çəkilir. Fuad Tofiqoğlunun rejissorluq etdiyi klipdə maraqlı nüanslara da rast gələcəksiniz. Odur ki, səbirsizliklə gözləyin".

Qeyd edək ki, Qərib Nəsibov bundan əvvəl "Sindrom", "Ölümsüzlərə tələ", "Çaqqal nəfəsi" seriallarında rol alıb.

Xəyalə
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.