Fransız futbolçunu həbs gözləyir

18 Avqust 2014 13:03
Fransa çempionatının dünən keçirilən "PSJ" - "Bastia" oyunundan sonra qonaq komandanın hücumçusu Brandao ilə meydan sahibi klubun yarımmüdafiəçisi Tiaqo Motta arasında dava düşüb.

Matçdan sonra Brandao paltardəyişmə otağına gedən yolda İtaliya millisinin futbolçusunu kəllə ilə vurub və dərhal hadisə yerindən qaçıb. Fransa mətbuatının yazdığına görə, zərbədən Mottanın burnu qırılıb.

Milli.Az xəbər verir ki, Fransa polisi Mottanın burnunu qıran Brandaonu həbs edə bilər.

Milli.Az