Polislə sakinlərin qarşıdurması - VİDEO - FOTO

18 Avqust 2014 12:08

Amerikanın Fergüsson şəhərindəki qarşıdurmalarda bir uşaq yaralanıb.

Minlərlə insan 9 avqust tarixində 18 yaşlı qaradərili yeniyetmənin polis tərəfindən qətlinə etiraz etmək üçün küçələrə çıxıb. İnsanlar yeniyetməni öldürən polisin məhkəmədə cavab verməsini tələb ediblər. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, etirazları dağıtmaq üçün polis tüstü bombasından, rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib.

Şəhərə xüsusi təyinatlı polis dəstələri gətirilib. Etirazçılar isə Molotov kokteyllərindən istifadə ediblər. Vəziyyətlə əlaqədar Missuri ştatının qubernatoru şəhərdə komendant saatı elan edib.

Qeyd edək ki, avqustun 9-da oğurluqda şübhəli bilinən qaradərili yeniyetmənin saxlanılması zamanı o, polisə müqavimət göstərib. Polis ona atəş açıb. Əhalisinin əksəriyyəti qaradərili olan Fergüsson sakinləri hadisəni rasim kimi qiymətləndiriblər.

Milli.Az




Böyütmək üçün şəkillərə klikləyin.